17-23 avqust 2026-cı il tarixlərində Türkiyənin Kapadokya şəhərində keçirilən II beynəlxalq Kapadokya açıq şahmat turniri təmsilçimiz üçün uğurla başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, yarışda 24 ölkədən ümumilikdə 924 idmançı mübarizə aparıb.
Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi, ustalığa namizəd dərəcəli Mirsaleh Seyidli turnirdə yüksək bacarıq göstərərək “B” qrupunun qalibi olub.
