satellite   Azerspace-1: 11135 H 30000

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb

Nepalda baş verən dağıdıcı daşqın nəticəsində 579 turist itkin düşüb. Onların 400-dən çoxunun xarici ölkə vətəndaşları olduğu bildirilir.

NTV xəbər verir ki, Nepalın turizm rəsmiləri itkin düşən turistlərin müxtəlif ölkələrin vətəndaşları olduğunu açıqlayıblar.

Məlumata görə, Hindistanın 130-133, Avstraliyanın 34, ABŞ-nin ən azı 47, Böyük Britaniyanın 33 və Kanadanın 24 vətəndaşının itkin düşdüyü bildirilir.

Malayziyanın Nepalda fəaliyyət göstərən səfirliyi isə fəlakət zonasındakı ən azı 11 vətəndaşı ilə əlaqənin kəsildiyini açıqlayıb.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, su elektrik stansiyasında çalışan 9 Cənubi Koreya vətəndaşı itkin düşüb, daha 10 nəfər isə hadisə yerində mühasirədə qalıb.

Yaponiyanın Baş naziri Sanae Takaichi bildirib ki, ölkənin Nepalda fəaliyyət göstərən səfirliyi beş Yaponiya vətəndaşı ilə əlaqə yarada bilməyib və onların axtarışının aparılması üçün müraciət edib.

Hazırda itkin düşənlərin müəyyənləşdirilməsi və axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM