satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

ABŞ Çinlə əlaqəli haker qrupunun Ədliyyə Nazirliyi, NASA, Federal Ehtiyat Sistemi, Senat və digər həssas dövlət qurumlarının sistemlərinə müdaxilə etdiyini və buna cəhd göstərdiyini açıqlayıb.

NTV “Reuters”ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Çin mənşəli haker əməliyyatının qarşısının alındığını və kampaniyada istifadə edildiyi deyilən “QScan” və “QTRouter” adlı iki haker platformasının domenlərinin ələ keçirildiyini bildirib.

Nazirliyin açıqladığı sənəddə ABŞ Energetika Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Milli Sağlamlıq institutları, eləcə də ABŞ və Cənubi Koreyada yerləşən dörd şirkətin hakerlərin hədəfləri sırasında olduğu qeyd edilib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, sözügedən platformalar Çində yerləşən “Nanjing Xinjiuwei Network Technology Company” şirkəti tərəfindən idarə olunub. Nazirlik şirkətin müştəriləri arasında Çinin dövlət təhlükəsizlik orqanı və Çin Xalq Azadlıq Ordusunun olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM