Amerikalı müğənni Beyons Kolumbiyada baş vermiş zəlzələdən zərərçəkənlərə yardım məqsədilə şəxsi vəsaitindən 1 milyon dollar ianə edəcək.
NTV xəbər verir ki, bu barədə müğənninin “Parkwood Entertainment” səsyazma şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, vəsait zəlzələdən ən çox zərər çəkmiş ərazilərə ərzaq və zəruri ehtiyac mallarının çatdırılmasına yönəldiləcək.
Qeyd edək ki, daha əvvəl “El Tiempo” qəzeti kolumbiyalı müğənni Şakiranın da zəlzələdən ciddi zərər çəkmiş ölkənin qərbindəki Çoko departamentində 10 yeni təhsil müəssisəsinin tikintisini maliyyələşdirməyi planlaşdırdığını yazıb.
Avqustun 10-da Çoko departamentində yerləşən San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət ölkənin 15 departamentinə təsir edib, 300-dən çox insan həlak olub, 31 mindən çox ev dağılıb.
