satellite   Azerspace-1: 11135 H 30000

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

BMT əsas donorlarla, o cümlədən ABŞ ilə münasibətlərdə etimadı bərpa etməlidir.

NTV xəbər verir ki, bu fikri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru və BMT-nin Baş katibi postuna namizəd Rafael Qrossi Vaşinqtonda çıxışı zamanı səsləndirib.

Qrossinin sözlərinə görə, BMT yalnız ABŞ ilə deyil, təşkilatın digər iri donorlarını birləşdirən “Cenevrə qrupu” ilə də etimad münasibətlərini yenidən qurmalıdır.

O bildirib ki, ABŞ BMT-nin maliyyələşdirilməsində 22-25 faiz paya malikdir və Vaşinqton təşkilatın fəaliyyətindən narazıdır. Qrossinin fikrincə, bu amil ABŞ administrasiyasının BMT-yə bəzi ödənişləri dayandırması və ya təxirə salması qərarını müəyyən mənada izah edə bilər.

Qrossi, eyni zamanda, vurğulayıb ki, BMT üzv ölkələrin məcburi maliyyə öhdəliklərindən asılıdır və bu öhdəliklər yerinə yetirilməlidir. Onun sözlərinə görə, ABŞ-nin maliyyə töhfələri olmadan BMT-nin öz funksiyalarını səmərəli şəkildə yerinə yetirməsi mümkün deyil.

Daha əvvəl “Reuters” ABŞ-nin BMT büdcəsinə 725 milyon dollar ödəməyə hazırlaşdığını və bunun Vaşinqtonun təşkilat qarşısındakı borcunu qismən azaldacağını bildirmişdi. Məlumata görə, bu məbləğ BMT-nin may ayında ABŞ-nin təşkilata 4 milyard dollardan çox borcu olduğunu açıqladığı məbləğin 20 faizindən də azdır. ABŞ tərəfi isə borcun daha az olduğunu bildirir.

BMT hazırda likvidlik böhranı ilə üzləşib. Buna əsas səbəb təşkilatın ən böyük donoru olan ABŞ-nin büdcəyə müntəzəm ödənişlərini dayandırması və BMT qurumlarına könüllü maliyyələşməni azaltmasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM