satellite   Azerspace-1: 11135 H 30000

DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq

DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə edilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “haker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.

Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.

“Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin”, - deyə məlumatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM