satellite   Azerspace-1: 11135 H 30000

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə başlanılır

2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən NTV-yə bildirilib ki, qəbulun II mərhələsində müraciətlər sentyabrın 3-ü saat 18:00-dək həyata keçiriləcək.

Qəbul qaydalarına əsasən, ilk və texniki peşə təhsili səviyyələri üzrə tələbə qəbulu ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsasında aparılır.

Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul isə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

Namizədlər qəbul üçün elektron qaydada portal.edu.az platforması vasitəsilə müraciət edə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM