satellite   Azerspace-1: 11135 H 30000

Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb

Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən NTV-yə bildirilib ki, Bakı-Tbilisi aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə - kokain aşkar olunub.

Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM