satellite   Azerspace-1: 11135 H 30000

Merts Saksoniya-Anhaltda AfD-nin hakimiyyətə gəlməsi ilə bağlı xəbərdarlıq edib

Merts Saksoniya-Anhaltda AfD-nin hakimiyyətə gəlməsi ilə bağlı xəbərdarlıq edib

Almaniya Federal Hökuməti "Almaniya üçün alternativ" (AfD) partiyası Saksoniya-Anhaltdə yol verilən sərhədləri aşacağı təqdirdə müdaxilə edəcək.

NTV "Sky News"a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.

Saksoniya-Anhalt federal əyalətində ultra-sağçı partiyanın hakimiyyətə gələcəyi təqdirdə azlıqların vəziyyəti ilə bağlı narahatlıqlara dair sualı cavablandıran Merts federal hökumətin Almaniya Konstitusiyasına əməl olunmasına nəzarət edəcəyinə söz verib.

"Əgər orada sərhədlər aşılarsa, biz federal hökumət olaraq vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik", - o bildirib.

Onun sözlərinə görə, hətta Saksoniya-Anhalt rəhbərliyi də federal siyasətə uyğun hərəkət etməlidir, bu, xüsusilə miqrasiya məsələlərinə aiddir.

"Siyasət həyata keçirilərkən manevr üçün müəyyən imkanlar ola bilər, lakin siyasətin əsas istiqamətləri Maqdeburqda deyil, Berlində müəyyən edilir", - Merts vurğulayıb.

Daha əvvəl miqrant təşkilatları Saksoniya-Anhaltdaki seçkilərin nəticələrinin mümkün fəsadları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Almaniyada federal torpaqlar xüsusilə polis sahəsində səlahiyyətlərə malikdirlər ki, bu da regional seçkilərin nəticələrinin miqrantlar və digər azlıqlar üçün əhəmiyyətini artırır.

Sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində parlament seçkiləri keçirilib. İlkin rəsmi nəticələrə görə, AfD təxminən 44,5 % səs toplayıb - bu, partiyanın Almaniyadakı regional seçkilərdə ən yaxşı nəticəsidir. İkinci yeri kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDİ) tutub. Partiya 2021-ci il seçkiləri ilə müqayisədə dəstəyin yarısından çoxunu itirərək 17,2 % səs toplayıb. Bu, Saksoniya-Anhaltda seçkilər tarixində XDİ-nin ən pis nəticəsidir. AfD-nin qələbəsi partiyanın regional səviyyədə ən böyük uğuru oldu. Ancaq AfD parlamentdə çoxluq əldə edə bilməyib: 83 yerdən 39-nu qazanıb. Mertsin partiyası isə 15 yerə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM