satellite   Azerspace-1: 11135 H 30000

Dubayda Ərəb Media Sammiti keçiriləcək

Dubayda Ərəb Media Sammiti keçiriləcək

Sentyabrın 15-dən 17-dək Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində Ərəb Media Sammiti keçiriləcək. Tədbir BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun himayəsi ilə təşkil olunacaq.

NTV Dubay Hökumətinin Media Mərkəzinə istinadla xəbər verir ki, media sammiti regionun və dünyanın aparıcı media nümayəndələrini, qərarverici şəxsləri, ictimai xadimləri, yazarları, media təşkilatlarının rəhbərlərini, kontent yaradıcılarını və ekspertləri bir araya gətirəcək.

Regionun böyük media tədbirlərindən sayılan bu sammit çərçivəsində media sektorunda baş verən əsas transformasiyalar və sektorun gələcəyi müzakirə ediləcək. Eyni zamanda, media sahəsində yeni çağırışlar və inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Sammit çərçivəsində bir sıra tədbirlərin, o cümlədən Ərəb Media Forumu, Ərəb Gənclər Media Forumu, Hökumət Kommunikasiya Forumu, Ərəb Sosial Media İnfluenserləri Sammiti, Elektron Oyun Forumu, Kino Forumu, Dubay Podfest və Euronyus Forumunun keçirilməsi planlaşdırılır. Bundan başqa, sammit çərçivəsində ərəb dünyasında media və sosial media sahələrində fərqlənən şəxslərin mükafatlandırılması mərasimi də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM