satellite   Azerspace-1: 11135 H 30000

BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Bəhreyn və Böyük Britaniyanın müraciəti əsasında sentyabrın 10-da Yəməndəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.

 

NTV xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının saytındakı bəyanatda bildirilib.

 

İclasda dünya təşkilatının Yəmən üzrə xüsusi elçisi Hans Qrundberqin çıxış edəcəyi gözlənilir. Səudiyyə Ərəbistanı və Yəmən, Təhlükəsizlik Şurasının müvəqqəti prosedur qaydalarının 37-ci qaydasına uyğun olaraq tədbirdə iştirak edəcəklər.

 

İclas "Ənsar Allah"dan olan husilər və Yəmən hökumət qüvvələri arasındakı eskalasiya, eləcə də 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə edilmiş barışıqdan sonra bərqərar olmuş nisbi sakitliyin ardınca qruplaşma döyüşçüləri tərəfindən Səudiyyə Ərəbistanı ərazisinə zərbələrin endirilməsi fonunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM