satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də kələm yükündən 910 kq metamfetamin çıxıb

ABŞ-də kələm yükündən 910 kq metamfetamin çıxıb

ABŞ-nin Texas ştatının Makallen şəhərində kələm yükünün içində gizlədilmiş təxminən 910 kiloqram metamfetamin müsadirə edilib.

NTV xəbər verir ki, bu barədə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi (DEA) "X" sosial şəbəkəsində məlumat yayıb.

Qurumun məlumatına görə, DEA-nın Makallendə yerləşən bölməsinin əməkdaşları Rio-Qrande vadisində kələm yükünün içərisində gizlədilmiş 2 min funtdan (təxminən 0,91 ton) çox metamfetamin aşkar edərək müsadirə ediblər.

Narkotik vasitələrin müsadirəsi ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin xüsusi işçi qrupunun apardığı araşdırma çərçivəsində həyata keçirilib.

Əməliyyatda Daxili Təhlükəsizlik Nazirliyinin İstintaq Xidməti (HSI), Federal Təhqiqatlar Bürosu (FBI), Gömrük və Sərhəd Mühafizəsi Xidməti, ABŞ Sərhəd Patrulu və Texas İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM