satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda enerji obyektlərinə nəzarət üçün dronlardan istifadə olunur

Qazaxıstanda enerji obyektlərinə nəzarət üçün dronlardan istifadə olunur

Qazaxıstanda enerji obyektlərinin yoxlanılması zamanı pilotsuz uçuş aparatlarından istifadə olunur.

NTV Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, dronlardan Qaragandı vilayəti üzrə Dövlət Enerji Nəzarəti və Kontrolu Komitəsinin ərazi departamenti istifadə edir.

Onların köməyi ilə hava elektrik ötürücü xətləri, bina və qurğular, tüstü boruları və digər çətin əlçatan sahələr vizual şəkildə yoxlanılır.

Aerofoto və videoçəkilişlər avadanlığın texniki vəziyyətini ətraflı qiymətləndirməyə, nasazlıqları və potensial riskləri vaxtında aşkar etməyə, həmçinin yoxlamaların nəticələrini sonrakı təhlil üçün qeydə almağa imkan verir.

Müasir texnologiyaların tətbiqi dövlət enerji nəzarətinin operativliyini və səmərəliliyini artırır, regionun enerji infrastrukturunun etibarlı fəaliyyətinin təmin olunmasına töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM