Fransa hökuməti yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini nəzərdə tutan yeni qanun layihəsini Avropa Komissiyasına təqdim edib. Bu addım əvvəlki qanun layihəsinin Fransa Konstitusiya Şurası tərəfindən ləğv olunmasından sonra atılıb.
NTV xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron X sosial media hesabında hökumətin texniki baxımdan ciddi iş aparıldıqdan sonra yeni mətnlə bağlı Avropa Komissiyasına müraciət etdiyini bildirib. Dövlət başçısı bu addımı uşaqların onlayn məkanda qorunması zərurəti ilə əsaslandırıb.
