satellite   Azerspace-1: 11135 H 30000

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Sentyabrın 2-də Mərmərə dənizinin İstanbulun Silivri rayonunun sahillərinə yaxın ərazisində batan “Tuğberk İmamoğlu” gəmisinin kapitanının cəsədi tapılıb.

NTV xəbər verir ki, dünən yerli vaxtla saat 13:15-də Silivri sahillərində suda meyit aşkarlanıb. Meyit aidiyyəti qruplar tərəfindən Silivri limanına gətirilib. Aparılan tibb ekspertiza nəticəsində cəsədin “Tuğberk İmamoğlu” gəmisinin kapitanı Yaşar Kayhana aid olduğu müəyyən edilib.

Xatırladaq ki, sentyabrın 2-də Mərmərə dənizinin İstanbulun Silivri rayonu sahillərinə yaxın ərazisində “Alsu” və “Tuğberk İmamoğlu” adlı 2 yük gəmisi toqquşub. Hadisə nəticəsində “Tuğberk İmamoğlu” gəmisi batıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM