İsrail Müdafiə Qüvvələri ölkə ərazisinə atılmaq üçün hazırlanan, Hizbullah” hərəkatına məxsus 32 raketi məhv edib.
NTV İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı "Hizbullah"ın silah şaxtası və istifadəyə hazır buraxılış qurğularının yer aldığı gizli anbarı aşkarlanıb.
Qeyd olunub ki, bu əməliyyat İsrail ordusunun Livanın cənubunda "Hizbullah"ın tunel şəbəkələrini və infrastrukturunu zərərsizləşdirmək istiqamətində həyata keçirdiyi genişmiqyaslı kampaniyanın tərkib hissəsidir.
