“Zeytun budağı” əməliyyat bölgəsində iki türk hərbçisi şəhid olub

“Zeytun budağı” əməliyyat bölgəsində iki türk hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvətlərinin (TSK) iki hərbçisi şəhid olub.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin "Zeytun budağı" əməliyyatı bölgəsinə PKK/YPG terror təşkilatı tərəfindən hücum edilib.

İlkin təsbitlərə görə TSK qarşı tərəfdən ən azı 3 terrorçunu zərərsizləşdirib.

Açıqlamada bölgədə müəyyən olunan terror hədəflərinin hazırda atəşə tutulduğu bildirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM