satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə avqustun 18-də Lvov vilayətinə birgünlük işgüzar səfər edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, səfər çərçivəsində iki ölkə liderlərinin görüşlərində strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətlərinin bütün aspektləri dəyərləndiriləcək.

Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur. Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılan mexanizmin fəaliyyətinin artırılaraq davamiyyətini təmin etmək, eləcə də Rusiya ilə Ukrayna arasında davam edən böhrana diplomatik yollarla son qoyulması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM