satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə baş verən dağıdıcı zəlzələdən 23 il ötür

Türkiyədə baş verən dağıdıcı zəlzələdən 23 il ötür

1999-cu il avqustun 17-də Ankara vaxtı ilə saat 03:02-də Türkiyədə baş verən dağıdıcı zəlzələ qurbanlarının xatirəsi ehtiramla yad edilir. Hadisədən 23 il keçsə də, böyük insan tələfatı ilə nəticələnən zəlzələnin səbəb olduğu yaralar hələ də tam sağalmayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, zəlzələ qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq yeraltı təkanların baş verdiyi vaxt - gecə saat 03:02-də İstanbul, Yalova və Sakarya şəhərlərində anım mərasimləri keçirilib.

Cəfakeş türk xalqı, o cümlədən təbii fəlakət qurbanlarının doğmaları və əzizləri zəlzələ qurbanlarının xatirəsinə ucaldılmış abidələr önünə gül-çiçək dəstələri düzərək, ehtiramlarını ifadə ediblər. Hadisə nəticəsində həyatını itirənlərin ruhlarına dualar oxunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM