satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın müdafiə naziri: "Qərb silahlarından Krımda istifadə edə bilərik"

Ukraynanın müdafiə naziri: "Qərb silahlarından Krımda istifadə edə bilərik"

"Ukrayna Qərb silahlarından istifadə edə bilər".

Naxçıvan televiziyası İnformasiya Agentliyi UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov jurnalistlərə açıqlamasında deyib.

“ABŞ və tərəfdaşları tərəfindən Ukraynaya verilən silahlar Rusiya ərazisində istifadə edilə bilməz. Lakin bu, müvəqqəti işğal olunmuş Krıma aid deyil. Bizim ABŞ-la müqaviləmiz var ki, onların verdiyi silahlardan Rusiya ərazisini vurmaq üçün istifadə etməyəcəyik. Amma əgər biz Ukraynanın ərazilərinin azad olunmasından danışırıqsa, deməliyik ki, düşmən harada varsa, orada bu silahlardan yararlana bilərik”, - nazir bildirib.

Qeyd edək ki, ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu Krımdakı partlayışlarda Qərb silahlarından istifadə olunmadığını bildirib. Bununla belə, Aİ və ABŞ Krımı Rusiya ərazisi saymadıqlarından buna etiraz da etmirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM