satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti ilə İsrailin Baş naziri arasında telefon danışığı olub

Türkiyə Prezidenti ilə İsrailin Baş naziri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, danışıq əsnasında Türkiyə-İsrail münasibətləri və regional məsələlər dəyərləndirilib.

Prezident Ərdoğan İsrail dövlətinin başçısı İsxak Hersoq və İsrailin Baş naziri Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivədə Türkiyə-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Qarşılıqlı olaraq elan edilən səfir təyinatı qərarına toxunan Prezident Ərdoğan yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımları atacaqlarını bildirib.

Türkiyə Prezidenti ölkəsi ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı inkişafını dəstəklədiyini ifadə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM