satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Dövlət Departamenti Türkiyənin F-16 təyyarələrinin tələbi ilə bağlı danışıqların getdiyini təsdiqləyib

ABŞ Dövlət Departamenti Türkiyənin F-16 təyyarələrinin tələbi ilə bağlı danışıqların getdiyini təsdiqləyib

ABŞ Ukrayna və Türkiyə Prezidentləri Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin avqustun 18-i Lvovda danışıqlar aparmaq qərarını alqışlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays jurnalistlər üçün brifinqdə deyib.

"Təbii ki, baş katib, prezident V.Zelenski və prezident R.T.Ərdoğanın müzakirə edə biləcəyi bir sıra mühüm məsələlər var. Görüşün məhz Lvovda keçirilməsi onu deməyə əsas verir ki, əsas diqqət ərzaq təhlükəsizliyinə və Türkiyənin Ukraynanın Qara dəniz limanlarından taxılın sərbəst ixracına və ya daha çox sərbəst ixracına şərait yaratmaq üçün göstərdiyi səylərə yönələcək. Biz Türkiyənin səylərini, BMT baş katibinin səylərini, Ukraynanın gəmilərin Qara dəniz limanlarını tərk etməsini təmin etməyə yönəlmiş səylərini yüksək qiymətləndiririk", - deyə N.Prays bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM