satellite   Azerspace-1: 11135 H 30000

Çin, Hindistan və Rusiya birgə hərbi təlimlər keçirəcək

Çin, Hindistan və Rusiya birgə hərbi təlimlər keçirəcək

Rusiya ərazisində avqustun 30-dan sentyabrın 5-dək “Vostok-2022” hərbi təlimləri keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimdə Çin, Hindistan, Belarus, Tacikistan, Monqolustan, Rusiya və digər ölkələrin hərbçiləri iştirak edəcəklər.

“Çin tərəfi iştirakçı ölkələrin silahlı qüvvələri ilə praqmatik, mehriban əməkdaşlığı dərinləşdirmək, bütün tərəflər arasında strateji koordinasiya səviyyəsini artırmaq və müxtəlif təhlükəsizlik təhdidlərinə qarşı durma qabiliyyətini yüksəltmək məqsədilə bu təlimdə iştirak etmək üçün şəxsi heyət göndərib” ,- deyə açıqlamada qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM