satellite   Azerspace-1: 11135 H 30000

Son on yeddi gündə Ukraynadan 622 min ton taxıl daşınıb

Son on yeddi gündə Ukraynadan 622 min ton taxıl daşınıb

Taxıl sazişinin reallaşmağa başladığı avqustun 1-dən bəri Ukraynadan 622 min tondan çox ərzaq ixrac edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə avqustun 18-də Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər. “Avqustun 1-dən indiyədək taxıl ixracına 43 gəmi cəlb olunub, onlardan 25-i Ukrayna limanlarını tərk edib, 18-i isə yüklənmək üçün limanlara yola düşüb. Ümumilikdə Ukrayna limanlarından 622 min tondan çox taxıl ixrac edilib”, - hesabatda belə deyilir.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayıb. O, Lvovda ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quterreş ilə taxıl sazişinin tellaşdırılması məsələsini müzakirə edəcək.

Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Türkiyə, Ukrayna, Rusiya və BMT arasında imzalanan sazişlərə əsasən İstanbulda dördtərəfli koordinasiya mərkəzi yaradılıb. Mərkəzin nümayəndələri silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl daşıyan gəmilərə baxış keçirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM