satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada müharibədə ölən uşaqların sayı 362-yə çatıb

Ukraynada müharibədə ölən uşaqların sayı 362-yə çatıb

Ukraynada müharibə başlayandan bəri 362 ukraynalı uşaq həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram səhifəsində məlumat yayıb. Qeyd olunub ki, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 716 uşaq yaralanıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM