satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusunun üç hərbçisi şəhid olub

Türkiyə ordusunun üç hərbçisi şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı həyata keçirən birlikləri terrorçuların hücumuna məruz qalıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, noyabrın 26-da terrorçuların açdığı atəş nəticəsində 3 türk hərbçi həlak olub, ikisi yaralanıb.

Göstərilən səylərə baxmayaraq, ildırım vurması nəticəsində yaralanan digər bir hərbçi də dünyasını dəyişib.

Türkiyənin müdafiə naziri Hulusi Akar acı hadisə ilə əlaqədar bölgədə davam edən antiterror əməliyyatının “koordinasiya mərkəzi"nə gəlib.
Antiterror əməliyyatları davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM