satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan bu gün Nazirlər Kabineti ilə qaz qovşağı layihəsini və Ukraynanı müzakirə edəcək

Ərdoğan bu gün Nazirlər Kabineti ilə qaz qovşağı layihəsini və Ukraynanı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 9-da hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağı layihəsini, eləcə də Ankaranın Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylərini müzakirə edəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 9-da Türkiyə liderinin Beştəpədəki iqamətgahında Nazirlər Kabinetinin bu il ilk iclası keçiriləcək.

İclasın əsas müzakirə mövzusu Türkiyənin sosial siyasəti, o cümlədən inflyasiya ilə mübarizə addımları olacaq.

Bundan başqa, iclasda ölkənin xarici siyasəti, enerji təhlükəsizliyi istiqamətinə atılan addımlar və digər məsələlər müzakirə olunacaq.

Toplantıda eləcə də terrorla mübarizə məsələləri, xarici siyasətdə baş verənlər, xüsusilə Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üçün diplomatik səyləri müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM