satellite   Azerspace-1: 11135 H 30000

Canet Yellen: Birləşmiş Ştatların borcu ən yüksək həddə çatacaq, “fövqəladə tədbirlər” görülməlidir

Canet Yellen: Birləşmiş Ştatların borcu ən yüksək həddə çatacaq, “fövqəladə tədbirlər” görülməlidir

Yanvarın 19-da Birləşmiş Ştatların borcu ən yüksək - tavan həddə çatacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellenin Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə göndərdiyi məktubda deyilir.

Canet Yellen bildirib ki, 2023-cü il yanvarın 19-dan etibarən ABŞ-ın ödənilməmiş borcunun qanunla müəyyən edilmiş həddə çatması proqnozlaşdırılır. Mən Konqresi Birləşmiş Ştatların kredit təhlükəsizliyini qorumaq üçün tez hərəkətə keçməyə çağırıram”.

Yellenin sözlərinə görə, ABŞ-ın defoltunun qarşısını almaq üçün “fövqəladə tədbirlər” görülməlidir.

2022-ci ilin sonunda Demokratlar Partiyasını təmsil edən ABŞ Prezidenti Co Bayden ölkənin dövlət borcunun tavanını 2,5 trilyon dollar artıraraq 31,4 trilyon dollara çatdıran qanunu imzalayıb. Beləliklə, potensial defoltun qarşısı alınıb. Yellenin o zaman dediyi kimi, qanun təsdiqlənməsəydi, federal hökumətin işini maliyyələşdirmək üçün lazım olan vəsait çatışmazlığı yarana bilərdi.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM