satellite   Azerspace-1: 11135 H 30000

“Daşnaksütyun” Partiyasının üzvü həbs edilib

“Daşnaksütyun” Partiyasının üzvü həbs edilib

Ermənistanın “Daşnaksütyun” Partiyasının Verdibasar (Ararat) bölgə komitəsinin üzvü Qarnik Manukyan həbs edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan sosial şəbəkədə məlumat verib.

T.Avetisyanın sözlərinə görə, Ermənistan məhkəməsinin qərarı ilə Q.Manukyana iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “Daşnaksütyun” Partiyasının üzvlərinin mənzillərində axtarışlar və fəalların həbsləri bir neçə gündür davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM