satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar baş verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “RBK Ukraina”ya istinadən bildirir ki, bunu ölkə Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib.

O söyləyib ki, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar "İsgəndər" raketləri ilə həyata keçirilib.

Ərazidə hava hücumu xəbərdarlığı işə salınıb.

Prezident Ofisindən verilən məlumata görə, raket hücumları nəticəsində yaşayış binalarına ziyan dəyib. Raket düşən ərazilərə təcili tibbi yardım briqadaları cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM