satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada infrastrukturun bərpasına azı 127 milyard dollar lazımdır

Ukraynada infrastrukturun bərpasına azı 127 milyard dollar lazımdır

Müharibə indiyə qədər Ukraynanın mülki infrastrukturuna 127 milyard dollardan çox zərər vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Japarova BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunan iclasında çıxışı zamanı deyib.

“Son hesablamalara görə, müharibənin Ukraynanın mülki infrastrukturuna vurduğu zərərin ümumi həcmi 127 milyard dolları ötüb”, - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, ölkənin bərpası böyük investisiya layihələrindən biri olacaq: “Ukrayna Avropanın ən iri tikinti sahəsinə çevrilib və bu, beynəlxalq tərəfdaşlara mühəndislik, tikinti və texnologiya transferi sahəsində yaxşı təcrübələrdən istifadə etmək üçün geniş imkanlar yaradacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM