satellite   Azerspace-1: 11135 H 30000

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb. Onların arasında uşaqlar da var.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

Onun sözlərinə görə, indiyədək 73 nəfərin yaralandığı məlumdur. Onlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib, 4 nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiyadadır, qalanlarının müalicəsi ev şəraitində davam etdirilir.

Xilasetmə işləri davam edir. Dağıntılar altında daha 40 nəfərin qaldığı ehtimal olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM