satellite   Azerspace-1: 11135 H 30000

Nepalda təyyarə qəzaya uğrayıb

Nepalda təyyarə qəzaya uğrayıb

Nepalın Poxara şəhəri yaxınlığında “Yeti Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Kathmandu Post” nəşri məlumat yayıb.

Bildirilib ki, qəza baş verən zaman təyyarənin göyərtəsində 72 nəfər olub. Onlardan 68-i sərnişin, 4-ü isə ekipaj üzvüdür. Qəza layner havaya qalxarkən baş verib.

Hadisə nəticəsində sağ qalanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM