satellite   Azerspace-1: 11135 H 30000

Dneprdə yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı artmaqdadır

Dneprdə yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı artmaqdadır

Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbərinin müşaviri Natalya Babçenko məlumat verib.

O qeyd edib ki, dağıntılar altında 30-40 nəfər ola bilər. Eyni zamanda 75 mülki şəxs artıq xəstəxanalara müraciət edib. Xilasetmə işləri davam edir.

Babçenko həmçinin əlavə edib ki, 13 sakin ağır vəziyyətdə xəstəxanalardadır, onlardan biri doqquz yaşlı qızdır - ruslar raket zərbəsi endirən zaman o, evin yaxınlığında gəzirmiş.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM