satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Ukrayna müharibəsindəki yaralılar üçün dəhliz açmaq istəyir

Türkiyə Ukrayna müharibəsindəki yaralılar üçün dəhliz açmaq istəyir

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək və mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets çıxışında bildirib.

Lubinets qeyd edib ki, bu, tərəflər arasında müzakirə olunur.

Yanvarın 11-12-də Ankarada keçirilən Ombudsmanların “21-ci əsrdə insan hüquqlarının gələcəyi” beynəlxalq konfransı çərçivəsində Rusiya Ombudsmanı Tatyana Moskalkova D.Lubinets və türkiyəli həmkarı Şeref Malkoçla bir sıra görüşlər keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM