satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 35-ə yüksəlib

Rusiyanın raket hücumu nəticəsində Dneprdə ölənlərin sayı 35-ə yüksəlib

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasının raket hücumuna məruz qalması nəticəsində ölənlərin sayı 35-ə, 14-ü uşaq olmaqla yaralıların sayı 75 nəfərə yüksəlib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqramda bildirib.

Onun sözlərinə görə, 39 nəfər dağıntılar altından xilas edilib. Dağıntılar altında qalanların xilas edilməsi əməliyyatı davam edir.

Hərbi administrasiyanın rəhbəri hadisə yerində 550-dən çox xilasedici, polis, həkim, kommunal xidmət işçisi və könüllünün işlədiyini bildirib.

Xatırladaq ki, yanvarın 15-də paytaxt Kiyev, Dnepr və başqa şəhərlər daxil omaqla Rusiya Ukraynaya raket hücumu edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM