satellite   Azerspace-1: 11135 H 30000

Nepalda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Nepalda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Nepalda qəzaya uğrayan Yeti Hava Yollarına məxsus sərnişin təyyarəsinin qara qutusu tapılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ANI agentliyi Katmandu hava limanının nümayəndəsinə istinadla məlumat yayıb.

Fransa-İtaliya konserninin istehsalı olan ATR 72 turbovintli orta məsafəli təyyarə yanvarın 15-də Pokhara beynəlxalq hava limanına enərkən qəzaya uğrayıb. Katmandu-Pokhara marşrutu ilə hərəkət edən təyyarədəki 68 sərnişin və 4 ekipaj üzvünün hamısı ölüb. Onların arasında 53 Nepal vətəndaşı və 15 əcnəbi, o cümlədən 4 rusiyalı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM