satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan ordusunda hərbçilərin ölümü ilə bağlı bir qrup zabit istefaya göndərilib

Ermənistan ordusunda hərbçilərin ölümü ilə bağlı bir qrup zabit istefaya göndərilib

Ermənistanda hərbi hissədə hərbçilərin ölümü ilə nəticələnən yanğınla bağlı istefa dalğası davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 2-ci korpus komandirinin müavini, briqadanın Baş Qərargah rəisi, polkovnik-leytenant Rudik Akopyan, briqada komandirinin təminat məsələləri üzrə müavini, polkovnik-leytenant Qor Aheyan, briqadanın mühəndis xidmətinin rəisi, kapitan Tiqran Kazaryan və mühəndis-istehkam bölüyünün komandiri, kapitan Qor Sarkisyan vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, Ermənistanda hərbi hissədə baş vermiş yanğın nəticəsində 15 hərbçi ölüb, 3 nəfər isə yanıq xəsarətləri ilə Basarkeçər rayonunun tibb mərkəzinə yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM