satellite   Azerspace-1: 11135 H 30000

Almaniyanın yeni müdafiə naziri təyin olunub

 Almaniyanın yeni müdafiə naziri təyin olunub

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer yanvarın 19-da Boris Pistoriusu müdafiə naziri təyin edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Almaniya mediasına istinadla xəbər verir ki, Boris Pistorius elə həmin gün Bundestaqda (Almaniya parlamenti) vəzifə andı içib. O, bu postda bir müddət öncə istefa verən Kristine Lambrexti əvəzləyib.

Boris Pistorius bu gün ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşəcək, yanvarın 20-də isə qərb ölkələrinin müdafiə nazirlərinin Ramştayn aviabazasında baş tutacaq görüşündə Almaniyanı təmsil edəcək. Görüşdə Ukraynaya növbəti hərbi yardımlar və Almaniya istehsalı olan “Leopard” tanklarının Kiyevə tədarükü məsələsi müzakirə olunacaq.

Dosye

Boris Pistorius 1960-cı il martın 14-də Ossenbrügge şəhərində anadan olub. 2006-cı ildə doğma şəhərinin meri seçilib. 2013-cü ildən Aşağı Saksoniya federal torpağının daxili işlər və idman naziri vəzifəsində çalışıb. İxtisasca hüquqşünasdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM