satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Gürcüstandan daha bir qrup hərbi texnikanı istəyir

Ukrayna Gürcüstandan daha bir qrup hərbi texnikanı istəyir

Ukrayna Gürcüstan rəhbərliyindən yerli istehsal olan "Didqori" seriyalı zirehli texnikaları ona verməyi xahiş edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstanın “Palitranews” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, “Didqori”lər humanitar məqsədlər üçün istifadə edilərsə, Ukrayna üçün faydalı olacaq.

Diplomat deyib ki, Gürcüstan hakimiyyətinin niyə hərbçilər üçün fərdi qoruyucu vasitələri, həmçinin ilk tibbi yardım çantalarını Ukraynaya göndərməməsi hələ də aydın deyil.

Qeyd edək ki, “Delta” dövlət hərbi elmi-texniki mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. “Delta” Gürcüstan Müdafiə Nazirliyinin mülkiyyətidir. Zavodun istehsal etməyə başladığı ilk məhsullar “Didqori” ailəsinin zirehli maşınları, eləcə də “Lazika” piyada döyüş maşınları oldu.

Xatırladaq ki, Gürcüstan hakimiyyəti daha əvvəl bildirib ki, Ukraynaya hərbi yardım göstərməyəcək, çünki bu, münaqişədə iştiraka bərabərdir. Buna baxmayaraq, Tbilisi Kiyevə humanitar yardım edir.

Ukrayna daha əvvəl də Gürcüstandan "Buk" zenit-raket komplekslərini istəyib, ancaq qarşı tərəf verməkdən imtina edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM