satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda hökumətin və müdafiə nazirinin istefası tələb olunur

Ermənistanda hökumətin və müdafiə nazirinin istefası tələb olunur

Ermənistanda hərbi hissədə baş verən yanğında 15 əsgərin ölmünə görə hökumətin və müdafiə naziri Suren Papikyanın istefası tələb olunur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Sputnik Armenia” xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yanmış kazarmanın, müdafiə nazirinin fotolarını paylaşaraq Nazirlər Kabinetini istefaya çağırırlar.

Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və bir zabit yaralanıb.

Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM