satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Baş Qərargahı: “Rusiya Krımda gizli səfərbərliyə hazırlaşır”

Ukrayna Baş Qərargahı: “Rusiya Krımda gizli səfərbərliyə hazırlaşır”

Rusiya işğal etdiyi Krım ərazisində gizli səfərbərliyə hazırlaşır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, Sevastopolda hərbi çağırış yaşında olan, lakin bu və ya digər səbəbdən ehtiyatda olan şəxslərin hərbi komissarlığa çağırışları başlayıb.

Baş Qərargahdan qeyd ediblər ki, söhbət İT mütəxəssisləri, maliyyə işçiləri və digər mütəxəssislərdən gedir.

“RBK-Ukrayna” isə Rusiyada hərbi komissarlıqların Moskva sakinlərinin “ovuna” çıxdığını, bunun hətta əhaliyə mənəvi təzyiq və hədə-qorxu ilə müşayiət olunduğunu bildirib.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin iki milyonluq ordu yaratmaq istəyir, ona görə də yeni səfərbərlik dalğası zamanı yarım milyona qədər insan orduya çağırıla bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM