satellite   Azerspace-1: 11135 H 30000

Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketi ayırıb

Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketi ayırıb

Ölkə hökumətinin qərarına uyğun olaraq Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketini ayırır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, yeni paketə ağır artilleriya və döyüş sursatları daxil olacaq.

“Müdafiə naziri Mikko Savola bildirib ki, Finlandiya Ukraynanı ağır artilleriya və sursatla təmin edəcək”, - hökumətin press-relizində deyilir.

Bu yardım paketinin təqdim etdiyi avadanlıqların dəyəri 400 milyon avrodan çox olacaq. Rəsmi Helsinki Ukraynaya ümumilikdə 590 milyon avro məbləğində hərbi yardım göstərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM