satellite   Azerspace-1: 11135 H 30000

Çində qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Çində qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Çinin cənub-qərbindəki Tibet muxtar bölgəsində tunel yaxınlığında baş verən qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Daha əvvəl telekanal 20 nəfərin öldüyü, 8 nəfərin isə itkin düşdüyü barədə məlumat vermişdi.

Qar uçqunu çərşənbə axşamı Nyinçi şəhəri yaxınlığında olub. Xilasedicilərin sözlərinə görə, uçquna səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər. Xilasetmə əməliyyatına mindən çox insan cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM