satellite   Azerspace-1: 11135 H 30000

Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv edib

Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv edib

Stokholm şəhərində Türkiyə əleyhinə nümayişlər səbəbindən İsveç müdafiə nazirinin yanvarın 27-də Ankaraya planlaşdırılan səfəri ləğv edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar Qərb ölkələri hərbi qurumlarının ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasında keçirilən görüşünün nəticələrinə həsr olunan brifinqdə deyib.

“Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı mənfur hərəkətə qarşı tədbirlərin görülməməsi bizi çox təəssüfləndirir. Bu səbəbdən İsveç müdafiə nazirinin Türkiyəyə səfərinin heç bir mənası yoxdur”, - deyə Hulusi Akar bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM