satellite   Azerspace-1: 11135 H 30000

Çində ay təqvimi ilə Yeni il bayramı qeyd olunur

Çində ay təqvimi ilə Yeni il bayramı qeyd olunur

Çin yanvarın 22-nə keçən gecə ay təqvimi ilə “Çuntsze” (Bahar bayramı) - yeni ilə qədəm qoyacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Çin mediasına istinadla xəbər verir ki, bu il Çuntsze bütün ölkədə koronavirusun yayılmasına qarşı tətbiq olunan sərt məhdudiyyətlərin aradan qaldırılması fonunda keçiriləcək. Ölkədə yeni il tətili yanvarın 27-dək uzadılacaq, bayramın qeyd olunması isə iki həftə davam edəcək.

Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, bayram tətilləri zamanı 2 milyarddan çox insan səyahətə çıxacaq ki, bu da pandemiyadan öncəki 2019-cu ilin analoji dövründə qeydə alınan göstəricinin 70,3 faizini təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM