satellite   Azerspace-1: 11135 H 30000

Baltikyanı ölkələr Almaniyanı Ukraynaya “Leopard 2” tankları verməyə çağırıb

Baltikyanı ölkələr Almaniyanı Ukraynaya “Leopard 2” tankları verməyə çağırıb

Avropa İttifaqının (Aİ) üç ölkəsinin – Litva, Latviya və Estoniyanın xarici işlər nazirləri Qabrielyus Landsberqis, Edqars Rinkeviçs və Urmas Reynsalu Almaniyanı Ukraynaya “Leopard 2” əsas döyüş tankları verməyə çağırıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Nazirlərin birgə bəyanatında bildirilib ki, Almaniya tanklarının tədarükü Rusiyanın təcavüzünün tez bir zamanda dayandırılması, Ukraynaya yardım göstərilməsi və Avropada sülhün bərpa edilməsi üçün lazımdır.

Onlar Avropanın aparıcı ölkəsi kimi Almaniyanın bu məsələdə xüsusi məsuliyyət daşıdığını vurğulayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM