satellite   Azerspace-1: 11135 H 30000

Bosniya və Herseqovinada yağan güclü qar problemlərə səbəb olub

Bosniya və Herseqovinada yağan güclü qar problemlərə səbəb olub

Bosniya və Herseqovinada iki gündür yağan güclü qar nəqliyyatda problemlər yaradıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, əlverişsiz hava şəraiti ictimai və şəhərlərarası nəqliyyatda problemlərə, eləcə də yolların bağlanmasına səbəb olub. Paytaxt Sarayevo ilə Konyiç şəhəri arasında yük avtomobillərinin hərəkəti qadağan edilib. Sarayevoda şəhərlərarası qatarlarda gecikmələr və ləğvlər olub.

Bosniya və Herseqovinada qarlı hava şəraitinin həftə sonu boyunca davam edəcəyi və havanın temperaturunun sıfırın altında qalacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM