satellite   Azerspace-1: 11135 H 30000

Ukraynada korrupsiyada şübhəli bilinən nazir müavini vəzifəsindən azad edilib

Ukraynada korrupsiyada şübhəli bilinən nazir müavini vəzifəsindən azad edilib

Ukraynanın Nazirlər Kabineti icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinskini vəzifəsindən azad edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Kubrakov məlumat verib.

“Büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ifşa edilib. Cinayətkar qruplaşmaya Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini də daxildir", - deyə Kubrakov qeyd edib.

Nazir Vasili Lozinskinin 400 min dollar rüşvət alarkən saxlanıldığını təsdiqləyib: “O, bu vəsaiti avadanlıq və mexanizmlərin alınması ilə bağlı müqavilələrin bağlanmasına kömək göstərdiyi üçün alıb. Cinayət işi 2022-ci ilin sentyabrında qeydə alınıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM