satellite   Azerspace-1: 11135 H 30000

Aİ nümayəndəsi Ermənistanda səfərdədir

Aİ nümayəndəsi Ermənistanda səfərdədir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın paytaxtı İrəvanda səfərdədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, o, bu barədə tviterdə yazıb:

“Bir günlük görüşlər üçün İrəvana qayıtdım”.

T. Klaar Ermənistan rəsmiləri ilə Laçın yolundakı durumu müzakirə edəcəyini bildirib.

O qeyd edib ki, Aİ-nin məqsədi Ermənistanla Azərbaycan arasında hərtərəfli həll yoluna nail olmaqdır.

Xatırladaq ki, Klaar sonuncu dəfə ötən ilin dekabrında Ermənistanda olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM